Türkiyənin ilk qırıcısı Milli Döyüş Təyyarəsi uçuş-enmə zolağına çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir "tviter" səhifəsində yazıb.
“Bildirmişdik ki, martın 18-də Milli Döyüş Təyyarəmiz anqardan çıxarılacaq. Bu gün o, uçuş-enmə zolağındadır”, - o qeyd edib.