Parisdə hökumətin pensiya islahatına qarşı nümayişə çıxanların sayı artır.
“İki sahil” xəbər verir ki, bu barədə BFM telekanalı Paris polisindəki mənbəyə istinadla məlumat yayıb.
Nümayiş Sena çayının sahilində keçirilir. Aksiya ərazisinə polis dəstələri cəlb edilib. Parlamentarilərin oturduğu Burbon sarayına aparan körpüyə giriş bağlanıb.
Polis nümayişçiləri uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Reuters xəbər verir ki, etirazçılar “Makron, istefa” şüarları səsləndirirlər.
İnsanlar prezident Emmanuel Makronun pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan parlament vasitəsilə qəbul etmək qərarına etirazlarını bildirirlər.