AZAL aprelin 22-dən etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir.
AZAL-dan "İki sahil"ə bildirilib ki, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.
Küveytin görməli məkanları, müasir Şərq memarlığı, çimərlik istirahəti və alış-veriş turistləri cəlb edir. Aviabiletləri www.azal.az saytından, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub