Fevral ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 6 milyon 48,1 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildirilib ki, nəqletmənin 76,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmərlə 4 milyon 628,7 min ton neft nəql edilib.
Dövr ərzində BTC ilə 626,7 min ton tranzit nefti də ötürülüb.