20 mart 2023 12:02
609

Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıb

Bu ilin yanvar-fevral aylarında "Bakı Metropoliteni" QSC 33,8 milyon sərnişin daşıyıb.

Bu barədə “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.

Xatırladaq ki, Bakı metropolitenində xətlərinin uzunluğu 38,8 kilometr olmaqla, 3 xətt üzrə 26 stansiya var.

Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1kilometrə, stansiyalarının sayı isə 76-ya çatacaq.