2022-ci ilin II yarısında Rusiyada iri və orta şirkətlərin mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,4 % az olub.
"İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, koronavirus (COVID-19) pandemiyasına görə müəssisələrin bağlı qaldığı 2020-ci ilin I yarısından bəri rekord azalmadır.
Ötən il Rusiyadakı müəssisələr 25,93 trilyon rubl mənfəət əldə edib ki, bu da əvvəlki ilə nisbətən 13 % azdır. Azalmaya səbəb kimi Ukraynaya hücumla əlaqədar bu ölkəyə qarşı tətbiq olunmuş sanksiyalar göstərilir.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub