Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən ölkəmizdə keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi hissənin şəxsi heyətinin, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, o cümlədən Britaniya Hərbi Məsləhətçi Təlim Qrupunun mütəxəssislərinin və dinləyicilərin iştirakı ilə kursu bitirənlərə sertifikatlar təqdim olunub.
Mərasimdə çıxış edənlər bu cür kursların qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, təlim qrupunun mütəxəssislərinin iştirakı ilə keçirilən kursda hərbi qulluqçulara Sülhə Dəstək Əməliyyatları, BMT-nin kodeksinə uyğun davranış qaydaları və silahla münaqişə hüququ, eləcə də digər mövzular üzrə praktiki təlimlər keçirilib .
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar