Bu ilin ilk iki ayında 1762 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 10,4 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə dəyəri 14,7 milyon dollar olmaqla, 2726 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
Bundan başqa, yanvar-fevral aylarında ölkəyə 4,2 milyon dollar dəyərində 1890 ton süd və qaymaq idxal olunub.
Ötən ilin eyni dövründə dəyəri 2,9 milyon dollar olmaqla, 2060 ton süd idxal edilmişdi.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb