Yanvar-fevral aylarında Azərbaycandan 24,4 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) "İki sahil"ə verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 25,4 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında 32,7 milyon dollarlıq 23,6 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb