Bu ilin yanvar-fevral aylarında 128 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 147,3 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 150,9 milyon dollar olmaqla 114,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Hesabat dövründə 42,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib. İdxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 78,8 milyon dollar olub. Ötən ilin eyni dövründə dəyəri 67,7 milyon dollar olmaqla 31 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb