27 mart 2023 14:36
387

Pərviz Şahbazov Almaniyaya gedib

Energetika naziri Pərviz Şahbazov Almaniyanın federal xarici işlər naziri Annalena Berbok və Almaniyanın iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habekin dəvəti ilə Almaniyaya səfər edib.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, P.Şahbazov 28-29 mart tarixlərində Berlində təşkil olunacaq "9-cu Berlin Enerji Keçidi Dialoqu" adlı beynəlxalq konfransda iştirak edəcək.

Müxtəlif ölkələrdən nazirlərin, beynəlxalq təşkilat və maliyyə institutlarından yüksək səviyyəli nümayəndələrin qatılacağı tədbirdə energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.