ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Cənubi Koreyada yeni şirkət təsis edib.
“İki sahil” xəbər verir ki, “Starlink Korea” şirkəti martın 8-də qeydiyyatdan keçib.
Yeni kommersiya qurumuna “SpaceX”ın biznes əməliyyatları üzrə baş direktoru Lauren Ashley Dreyer rəhbərlik edəcək. O, həm də ötən il Azərbaycanda yaradılmış "Starlink Azerbaijan" MMC-nin qanuni təmsilçisidir.
Xatırladaq ki, "Starlink Azerbaijan"ın hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 15, mənzil 140, nizamnamə kapitalı isə 100 ABŞ dollarıdır.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub