2023-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycandan mal və məhsullar idxalı illik ifadədə 16,5% azalaraq 130 914,5 min ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib. Hesabat dövründə Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 6,6%-ni təşkil edib. 2022-ci ilin yanvar-fevral ayları ərzində isə Gürcüstanın Azərbaycandan idxalı 156 694,9 min dollar təşkil edib.
Yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycana ixracı isə ötən illə müqayisədə 20,5% artaraq 111 237,1 min dollara çatıb. Azərbaycana ixracın Gürcüstanın ümumi ixracında payı 12,2%-ə bərabər olub.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracının 16 038,3 min dollarını yerli istehsal mal və məhsullar təşkil edib. Bu göstərici ötən illə müqayisədə 11,5% çoxdur.
Beləliklə bu ilin ilk iki ayı ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsində 19 677,4 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 3,27 dəfə azdır.
Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstanın Azərbaycanla xarici ticarətində 64 358,7 min dollarlıq mənfi saldo qeydə alınıb.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb