"Yelo Bank" ASC beynəlxalq əməkdaşlıq çərçivəsində "The Microfinance Centre"yə (MFC) üzv seçilib.
Qeyd edilir ki, "Yelo Bank" MFC-yə seçilən ilk Azərbaycan bankıdır. Bu əməkdaşlıqda əsas məqsəd maliyyə xidmətlərinin inkişaf etdirilməsində beynəlxalq təcrübədən faydalanmaq və müasir standartları tətbiq etməkdir.
"The Microfinance Centre" ədalətli, inklüziv, bərabər və məsuliyyətli xidməti təşviq edən beynəlxalq sosial-maliyyə şəbəkəsidir. MFC Avropa və Mərkəzi Asiyanın 36 ölkəsində 100-dən çox təşkilatı birləşdirir. Hazırda MFC 2 milyondan çox aztəminatlı müştəriyə mikromaliyyə xidmətləri göstərir.
Real sektorun maliyyələşdirilməsi "Yelo Bank" üçün hər zaman prioritet istiqamətlərdən biridir. Bu cür beynəlxalq əməkdaşlıq çərçivəsində Bank, gələcək fəaliyyətində xarici həmkarlarının təcrübələrindən faydalanmağı planlaşdırır.
Bank xidmətləri, həmçinin, sahibkarlara kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb