Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
“İki sahil” AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 96,3 milyon ABŞ dolları olub və tam təmin edilib. Bu isə, ötən il dekabrın 1-dən sonra ən yüksək göstəricidir. Belə ki, sözügedən hərrac zamanı tələb 82,9 milyon ABŞ dollara kimi yüksəlmişdi.
Mərkəzi Bankdan isə bildirilib ki, hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb