Rusiyanın “IrAero” aviaşirkəti Bakıya daha bir Sibir şəhərindən uçuşlar həyata keçirə bilər.
"İki sahil"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) daşıyıcı şirkətə Omsk-Bakı istiqamətində uçuşlar həyata keçirilməsi üçün icazə verib.
Bu icazəyə əsasən, uçuşlar həftədə üç dəfə həyata keçiriləcək. Bu günə qədər Bakı və Omsk arasında birbaşa uçuşlar həyata keçirilməyib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub