Azərbaycan bir sıra ölkələrlə yeni nəsil yerüstü və peyk texnologiyalarının, habelə aeronaviqasiya xidmətlərinin tətbiqi üçün radiotezliklərdən səmərəli və maneəsiz istifadə ilə bağlı müzakirələr aparacaq.
“İki sahil” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr ötən gün İsveçrənin Cenevrə şəhərində işə başlamış Ümumdünya Radiorabitə Konfransına son hazırlıq iclası çərçivəsində baş tutacaq.
Tədbirdə ölkəmizi nazirliyin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi və Kosmik Agentliyin ("Azərkosmos") mütəxəssisləri təmsil edirlər.
İclasda adıçəkilən konfransın gündəliyinə daxil olan məsələlər, o cümlədən növbəti illərdə yeni nəsil yerüstü və peyk texnologiyalarının, habelə aeronaviqasiya xidmətlərinin tətbiqi üçün radiotezliklərdən səmərəli və maneəsiz istifadənin təmin edilməsi üzrə hazırlanmış müvafiq tövsiyə və qətnamə xarakterli sənədlərin layihələri müzakirə ediləcək.
Həmçinin iki həftə davam edəcək tədbir çərçivəsində sözügedən sahədə Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə müxtəlif regional təşkilatlarla və aidiyyəti rabitə administrasiyaları ilə zəruri koordinasiya görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb