Azərbaycanda "ağıllı kənd"lərin yaradılması ilə bağlı işləri genişləndirəcəyik.
“İki sahil” xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl deyib.
O bildirib ki, "Ağıllı kənd"lər həm Avropa Birliyinin, həm də Dünya Bankının digər ölkələrlə yanaşı Azərbaycanda diqqət mərkəzində olan sahələrdən biridir.
"Bir neçə il əvvəl Azərbaycanda "ağıllı kənd"lər proqramının hazırlanması üçün araşdırma aparmışıq. Bütün ölkəboyu "ağıllı kənd"lərin salınması üçün lazım olan fəaliyyət və sərmayələri araşdırmağa, ölkənin buna hazırlıq səviyyəsini öyrənməyə çalışmışdıq. İndi isə Azərbaycan Çevik Texniki Yardım Alətinin icrası (AZTAF) layihəsi çərçivəsində ağıllı kəndlərin yaradılması üçün araşdırmalarımızı daha da genişləndirəcəyik. Kəndlərin ağıllı olması üçün lazım olan istiqamətlər, infrastruktur, eyni zamanda hansı sosial xidmətlərin yaradılmasına ehtiyac olduğunu müəyyən edəcəyik" - Sara Maykl əlavə edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb