Azərbaycan Avropa Komissiyası ilə iqtisadi və investisiya planını müzakirə edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Çevik Texniki Yardım Alətinin icrası (AZTAF) ilə bağlı keçirilən tədbirdə İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov deyib.
O bildirib ki, plan çərçivəsində həyata keçiriləcək "Flagship" təşəbbüsü ilə bağlı layihələr, onların istiqamətləri, prioritet sahələr müəyyən edilir.
Nazir müşaviri həmçinin, Dünya Bankı ilə bir neçə illik strategiyanın müzakirəsinə başladığını və prioritet sahələrin müəyyən edildiyini açıqlayıb.
"AZTAF çərçivəsində həyata keçirilən layihələr Dünya Bankı ilə əməkdaşlığın növbəti mərhələsi üçün nümunə ola bilər" - Əsgər Ələkbərov əlavə edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb