Rusiyada asan çıxarıla bilən ehtiyatların tükənməsi səbəbindən qaz hasilatının əlavə azalması gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinovun hökumətə ünvanladığı məktubda deyilir.
Qeyd edildiyi kimi, bu gün Qərbi Sibirin ən böyük yataqları ümumi hasilatın təxminən 70%-ni təmin edir, lakin 2040-cı il üçün onlardan bugünkü göstəricilərdən üçdə bir hissə qədər az - təxminən 255 mlrd. kubmetr qaz hasil edilə biləcək.
Rusiya statistika idarəsinin məlumatına görə, 2022-ci ildə Rusiya bütün yataqlardan təxminən 672 mlrd. kubmetr qaz hasil edib. Müvafiq olaraq, 17 ildən sonra bu rəqəm 460 mlrd. kubmetrə qədər azala bilər.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb