Cənub-Qərbi Asiyadan və Yaxın Şərqdən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə yük axını ikiqat artıb.
"İki sahil" Rusiya mediasına istinadən xəbər verir ki, Hindistan, İran və Azərbaycandan yük daşımalarının həcmi yanvar-fevral aylarında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 60 faiz artıb.
Hindistandan və Azərbaycandan yük axını 27 faiz artıb, Hindistan, İran və Azərbaycandan "RusIranEkspo" ilə daşımalar ikiqat, "Prime Shipping Agency" (BƏƏ) ilə daşımalar isə 20 faiz artıb.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi 7,2 min km uzunluğunda multimodal marşrutdur. O Avropanı, Fars körfəzi və Hind okeanı ölkələrini Süveyş kanalı vasitəsilə birləşdirən dəniz yoluna alternativdir.
2030-cu ilədək Şimal-Cənub dəhlizi ilə yük daşımalarının həcminin hazırkı illik 17 milyon tondan 32 milyonadək təxminən iki dəfə artacağı gözlənilir.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb