"Formula 1" üzrə Azərbaycan Qran Prisində çıxış edəcək daha bir məşhur musiqiçinin adına aydınlıq gəlib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “İki sahil”ə verilən məlumata görə, niderlandlı DJ Don Diablo aprelin 28-də Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə şou sərgiləyəcək.
Daha əvvəl DJ Hardvellin aprelin 29-da çıxış edəcəyi bəlli olub.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub