Bu ilin yanvar-fevral aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 30,1 % artaraq 148,3 milyon manat olub.
Bu barədə “İki sahil” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 126,1 milyon manat olmuşdur ki, bu da, ümumi dövriyyənin 85 %-ini təşkil edib.
Xatırladaq ki, ümumilikdə ölkədə ictimai iaşə dövriyyəsi real ifadədə 22 % artaraq 255,5 milyon manat olub.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub