Bu ilin yanvar-fevral aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 11 milyard manat təşkil edib, bu da illik müqayisədə 1,8% azdır.
“İki sahil” Bakı Statistika İdarəsindən verilən məlumata istinadən xəbər verir ki sənaye məhsulunun 84,1 faizi mədənçıxarma, 13,2 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olub.
Sənayedə qeyri-dövlət sektorunun payı 89,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 94,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,8 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2023-cü il vəziyyətinə 499,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 49,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb