ABŞ dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısına çevrilib, lakin daxili imkanlara görə tədarükdə artım məhduddur.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyininin Enerji İnformasiya Administrasiyasının (EIA) enerji təhlili üzrə rəhbərinin köməkçisi Ancelina Laros bildirib.
"Biz dünyanın ən böyük LNG ixracatçısıyıq, lakin ölkədə dəqiq olaraq tutum məhdudiyyətləri var", - Ancelina Laros qeyd edib.
Onun sözlərinə görə, əsas məhdudiyyət yeni ixrac infrastrukturunun qurulmasının sürətidir.
Ancelina Laros onu da əlavə edib ki, enerji daşıyıcılarının “çevik həcmdə” tədarükünün mümkünlüyü və konkret ərazilərdə qazın tədarükü üçün uzunmüddətli müqavilələrin olmaması ixracın artmasında mühüm rol oynayır.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub