2022-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 23 milyard 478,1 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Ümumi qalıq xarici ticarət balansındakı 27 milyard 359,4 milyon ABŞ dollarlıq qalıq (2,4 dəfə çox), xidmətlər balansındakı 1 milyard 359,7 milyon ABŞ dollarlıq kəsir (36 % az), ilkin gəlirlər balansındakı 5 milyard 487 milyon ABŞ dollarlıq kəsir (4,2 dəfə çox) və təkrar gəlirlər balansındakı 2 milyard 965,4 milyon ABŞ dollarlıq qalıq (6,5 dəfə çox) hesabına formalaşıb.
“Hesabat dövründə CƏB üzrə qalıq ümumi daxili məhsulun (ÜDM) dəyərinin 29,8 %- ni (2021-ci ildə 15,2 % olub) təşkil edib. Neft-qaz sektorunda CƏB-in qalığı 2021-ci ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 28,7 milyard ABŞ dollara çatıb, qeyri-neft-qaz sektorunda CƏB-in kəsiri isə 9,4 % azalaraq 5,2 milyard ABŞ dollara düşüb", - deyə AMB bəyan edib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir