30 mart 2023 12:05
321

Azərbaycan və Macarıstan arasında investisiya müqaviləsi imzalanıb - FOTO

Azərbaycan İnvestisiya Şirkəti ASC və Macarıstanın Hell Energy şirkəti arasında investisiya müqaviləsi imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterdə yazıb.

"Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi davam edir.

Azərbaycan İnvestisiya Şirkəti ASC və Macarıstanın Hell Energy şirkəti arasında imzalanmış investisiya müqaviləsi ölkələrimizin biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətli addımdır", - nazir yazıb.