2023-cü ilin yanvar-fevral aylarında Bakıda görülmüş tikinti işlərinin 92 faizi qeyri-dövlət müəssisələrinin payına düşüb.
"İki sahil" bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
İdarənin məlumatlarına görə, işlərin 81,4 faizi tikinti və yenidənqurmanın, 7,8 faizi əsaslı təmirin, 7,1 faizi cari təmirin, 3,7 faizi isə digər tikinti işlərinin payına düşüb.
Xatırladaq ki, 2022-ci ildə Bakı şəhərində görülən tikinti işlərinin ümumi həcminin 90,7 faizi, 2021-ci ildə isə 90,1 faizi qeyri-dövlət müəssisələrinin payına düşüb.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2022-ci ildə ölkədə 1,085 milyard manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da 2021-ci ilin göstəricisindən 12,5 faiz yüksəkdir.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda 871,8 milyon manat dəyərində tikinti materialı istehsal olunub ki, bu da 2020-ci ilin göstəricisindən 80,6 faiz çoxdur.
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib