Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondu ilə birgə bu ilin mart ayında ümumilikdə 384 milyon ABŞ dolları həcmində valyuta satışı həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu fevral ayı ilə müqayisədə 7,7% çox, ötən ilin eyni dövrünə nisbətən 27% azdır. Bu ilin birici rübündə isə banklara 929.1 milyon ABŞ dolları satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42,8% azdır. Belə ki, ötən ilin birinci rübündə bankların dollar tələbi 1624.4 milyon ABŞ dolları təşkil etmişdi.
Qeyd edək ki, ümumilikdə isə valyuta hərraclarında dollar satışı son üç ilin minimumuna enib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir