30 mart 2023 14:37
263

29 marta qədər ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək

29 marta qədər, 29 mart da daxil olmaqla, ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək.

Bu barədə "İki sahil"ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Qeyd edək ki, Nazilər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.