Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 606,1 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 3,8 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 2,1 % çox, son 1 ildə isə 12,2 % azalıb.
Bu il fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3 % təşkil edib. Bu nisbət yanvarın və ötən ilin sonuna 2,9 %, ötən il fevralın sonuna isə 3,9 % olub.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir