Bu ilin yanvar-fevral aylarında Azərbaycanın bank sektorunun aktivləri 18,8% artaraq 45 milyard 708,6 milyon manata çatıb.
"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu dövrdə bankların kredit portfeli 16,2% artaraq 18 milyard 562,6 milyon manata çatıb.
Bank sektorunun öhdəlikləri 39 milyard 972,5 milyon manat (2022-ci ilin eyni dövrünə nisbətən 19,6 % çox), o cümlədən depozit portfeli 32 milyard 560,8 milyon (20,35 % çox) manata çatıb. Əhalinin banklardakı depozitləri 18% artaraq 11 milyard 653,9 milyon manata, şirkətlərin əmanətləri isə 21,6% artaraq 20 milyard 906,9 milyon manata yüksəlib.
Bank sektorunun balans kapitalı isə 5 milyard 736,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 13,3% çoxdur.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir