İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Tərtərdə Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir.
Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin, lisenziyaların verilməsi, ixraca dəstək, işğaldan azad edilmiş ərazilərdə işgüzar fəaliyyət, habelə sosial və s. məsələlərlə bağlı olub.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub