Ukraynada müharibənin yaratdığı enerji böhranı İtaliyanı diqqətini Norveç, Azərbaycan və Əlcəzairdən mayeləşdirilmiş təbii qazın idxalına və sonra onu istifadəyə yararlı qaza çevirməyə sövq etdi.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın “Reportdifesa.it” portalı yazıb.
Qeyd edilir ki, təbii qazın transformasiya prosesinə “Snam” şirkəti cavabdehdir. Şirkər hökumətin sərənması ilə mayeləşdirilmiş qazı yenidən qazlaşdırma terminalının çənlərinə vuracaq “Golar Tundra” tankerini 330 milyon avroya alıb.
Keçən il fevralın 21-də Sinqapurdakı Keppel gəmiqayırma zavodunu tərk edən gəmi Piombino limanına gedib, onun illik təkrar qazlaşdırma qabiliyyəti təxminən beş milyard kubmetr qaz təşkil edəcək.
Həyata keçirilən layihə enerji böhranından çıxmağa, İtaliyanı Rusiya tədarükünün inhisarından azad etməyə kömək edəcək.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir