Cari ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracı 4,5 mlrd. dollar, qeyri-neft sektoru üzrə ixrac 651,4 mln. dollar təşkil edib.
"İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin iki ayı ilə müqayisədə 36,6% artıb.
2023-cü ilin yanvar-fevral ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6,6 dəfə, şəkər ixracı 78,5%, çay ixracı isə 22,7% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 124,8 mln. dollar təşkil edib. 2023-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,2%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,8% artıb.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir