2023-cü il mart ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 19 mlrd. 757 mln. 430 min manat təşkil edib ki, bunun da 76.4%-i və ya 15 mlrd. 104 mln. 50 min manatı Bakı şəhərinin payına düşüb.
"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8% və ya 1 mlrd. 710 mln. 380 min manat artıb. 2022-ci ilin mart ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 13 mlrd. 393 mln. 669 min manat olub.
Qeyd edək ki, Bakıya kredit qoyuluşlarının 11 mlrd. 337 mln. 103 min manatı milli valyutada, 3 mlrd. 776 mln. 946 min manatı isə sərbəst dönərli valyutada verilib. Milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi 12.77%, sərbəst dönərli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 4.75% təşkil edib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir