Azərbaycanın dövlət büdcəsinin profisiti 2022-ci ildəki ÜDM-in 6 %-i səviyyəsindən 2023-cü ildə 4,8 %-ə düşəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda deyilir.
Agentlik bu göstəricinin 2024-cü ildə ÜDM-in 4,2 %-i səviyyəsinə düşəcəyini gözləyir.
"Büdcə gəlirlərinin 27 % artması sayəsində 2022-ci ildə dövlət büdcəsinin profisiti 2 faiz bəndi artaraq ÜDM-in 6 %-nə (2020-ci ildəki 6,5 %-lik kəsirlə müqayisədə) çatıb. Xərclər 2022-ci ildə 14,5 % artıb ki, bu da (37 %-lik deflyatorla dəstəklənən) ÜDM-in nominal artımından xeyli aşağıdır. Bununla belə, qeyri-enerji büdcənin kəsiri qeyri-enerji ÜDM-inin 22,7 %-nə enərək büdcənin 25 %-lik hədəf göstəricisini üstələyib”, - “Fitch” qeyd edir.
Agentliyin analitikləri hesab edir ki, ötən il yenidən tətbiq edilən fiskal qaydalar 2026-cı ildə qeyri-enerji sektorunda ilkin büdcə kəsiri 17,5 %-dək azaltmaq və dövlət borcunu ÜDM-in 20 %-i səviyyəsində məhdudlaşdırmaq məqsədi daşıyır, lakin bunun üçün institusional çərçivə lazımi səviyyədə deyil:
“Nominal ÜDM artımının yavaşlaması kəsir hədəfinə çatmağı daha çətinləşdirəcək, onun ardıcıl şəkildə icrası isə Azərbaycanın güclü maliyyə imkanlarının qorunub saxlanmasına böyük inamı təmin edəcək”.
“Fitch” proqnozlaşdırır ki, 2022-ci ildə 4,5 faiz bəndi azalaraq ÜDM-in 11,6 % səviyyəsinə düşən ümumi dövlət borcu, 2024-cü ilin sonuna ÜDM-in 7,9 %-dək azalacaq.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir