Azərbaycanda bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin saxlanılması üçün batareyaların alınması müzakirə mövzusudur.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.
Onun sözlərinə görə, həmin batareyalar çox baha olduğu üçün onların alınması ilə bağlı çətinliklər var: “Bu növ batareyalar elektrik enerjisindən səmərəli istifadəyə şərait yaradır. Amma onların qiyməti çox yüksəkdir. Qərbdə bu batareyaların alınmasına xərclənən vəsait sonda tariflərin üzərinə gəlir, bizdə isə sosial dövlət olduğu üçün bu addımı atmırıq. Ona görə hazırda müzakirələr ilkin mərhələdədir. Hansı həcmdə, hansı texnologiyadan olan batareya alınması əsas müzakirə mövzusudur. Müzakirələr Səudiyyə Ərəbistanının ACWA POWER şirkəti ilə aparılır", - deyə o qeyd edib.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub