“Rusiya sülhməramlıları 2025-ci ilin sonuna kimi Qarabağı tərk etməyəcək”.
“İki sahil” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı qiymətləndirməsində qeyd edilib.
Reytinq agentliyi bildirib ki, son bir ildə Ermənistanla Azərbaycan arasında gərginlik artıb: “Laçın yolunun bağlanması çəkişmələri daha da gücləndirib. Ötən ilin sentyabr ayında daha şiddətli döyüşlərdən sonra münaqişə Qarabağ və onun ətrafındakı ərazilərdə genişlənib. Bu dövrdə Azərbaycanın Rusiya ilə münasibətləri daha gərgin görünür və Avropa İttifaqı isə Ermənistanda məhdud monitorinq rolunu qəbul edib”.
“Fitch Ratings”in proqnozuna görə, Rusiya ən azı 2025-ci ilin sonuna kimi, yəni öhdəlik götürdüyü müddətin sonuna qədər Qarabağda öz sülhməramlı qüvvələrini saxlayacaq. Tərəflər arasında sülh razılaşması əldə olunacaq. Bu isə ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına dair razılaşmaya gətirib çıxaracaq. Bununla belə, arabir kiçik toqquşma riskləri qalacaq.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub