Günəş radiasiyası üzrə Azərbaycanda ən yaxşı şərait Naxçıvan Muxtar Respublikasındadadır.
“İki sahil” xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Araz çayında suyun miqdarının qaneedici olmağına baxmayaraq hazırda Naxçıvanda iki su elektrik stansiyası tikilir.
Nazir müavini vurğulayıb ki, Naxçıvanda bəzi illərdə bərpa olunan enerjidən alınan elektrik, qazdan alınan enerjidən çox olub.
Elnur Soltanov onu da bildirib ki, Naxçıvanın Türkiyəyə birbaşa çıxışı var və ortada enerjinin ötürülməsi üçün başqa dövlətə ehtiyac yoxdur: “Buna görə Naxçıvan büdcəsinə töhfələr verəcək təkliflər olacağını gözləyirik”.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir