Türkiyədə illik inflyasiya beş aydır azalmaqda davam edir.
"İki sahil" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, mart ayında inflyasiya 50,51%-ə kimi azalıb. Ötən ay bu rəqəm 55,18% təşkil etmişdi.
İstehlak qiymətləri indeksi aylıq 2,29%, istehsal qiymətləri isə 62,45% artıb. Qeyd edilib ki, istehsal qiymətlərində artım son 16 ayda ən aşağı səviyyəyə düşüb.
Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5 faizə çatmışdı, ötən ilin sonundan etibarən isə tədricən azalmağa başlayıb.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub