03 aprel 2023 14:29
334

Dəvəçiliyin inkişafı üçün yarım milyon manat kredit ayrılıb

Sahibkarlığın İnkişafı Fondu daha bir müəssisəyə kredit ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.

“Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Fədək-Azərbaycan” MMC-yə Hacıqabul rayonunda dəvəçiliyin inkişafı layihəsi üçün 500 min manat güzəştli kredit verilib”, - deyə məlumatda bildirilir.