Bəzi "OPEC+" ölkələri könüllü olaraq may ayından etibarən neft hasilatını gündəlik 1,66 milyon barel azaltmaqla bağlı qərar qəbul edib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın monitorinq komitəsinin iclasının yekunları üzrə OPEC-in saytında dərc olunmuş kommünikedə deyilir.
Bildirilib ki, bu ixtisar 2022-ci ilin noyabr ayından qüvvəyə minən gündəlik 2 milyon barel hasilatın azaldılmasına əlavə olaraq ehtiyat tədbiridir.
Sənəddə həmçinin qeyd olunub ki, "OPEC+"ın monitorinq komitəsi 2022-ci ilin oktyabrında Vyanada keçirilmiş görüşdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.
"OPEC+" nazirlərinin növbəti monitorinq iclası iyunun 4-nə təyin edilib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir