Türkiyədə hotel qiymətlərinin artması bu ölkədə dincəlmək istəyən Azərbaycan vətəndaşlarının qərarına və büdcəsinə təsir edir.
“İki sahil” xəbər verir ki, bunu açıqlamasında Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov bildirib.
"Ümumdünya Turizm Təşkilatının qiymətləndirməsinə əsasən, koronavirus (COVID-19) pandemiyasından sonra dünyada hər turistin orta xərci 50 %-ə yaxın artıb. Türkiyədə də təklif olunan turizm paketlərinin (gecələmə, qidalanma) qiymətlərində 30-50 % artım müşahidə edilir. Səyahət planlaşdıran bizim vətəndaşlar da bu qiymətləri müqayisə edirlər və təbii ki, kəskin fərq varsa, alternativ variantları araşdırırlar. Bunlar, ölkə daxilində və yaxud digər qonşu ölkələrə səyahət ola bilər", - deyə o qeyd edib.
"Türkiyəyə səfərlə bağlı insanların qərarına təsir edən həm də fevralda orada baş vermiş dağıdıcı zəlzələdir. Mediada yenidən zəlzələ olacağına dair yayılan xəbərlər insanların qərarlarına, turizm rezervlərinə və səyahətlərin planlaşdırılmasına təsir edib. Bu ölkəyə səfərlərlə bağlı tərəddüdlərə baxmayaraq, Türkiyə dünyanın hər yerindən turist cəlb edən ölkədir, ilk 10-luqdadır, o cümlədən Azərbaycan üçün ən üstün turizm destinasiyalarından biridir. İnsanlarımız istirahət məqsədi ilə daha çox Türkiyəyə gedirlər", - deyə C.Aşurov əlavə edib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir