Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 7 % olacağını proqnozlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş aprel sayında bildirilir.
Sənədə əsasən, bu, ADB-nin sentyabr proqnozu ilə müqayisədə eynidir.
Bank gələn il isə Azərbaycanda 6,5 % inflyasiya gözləyir.
ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 10,3 % (əvvəlki proqnoza nisbətən 1,8 faiz bəndi çox), gələn il isə 7,5 % olacağını proqnozlaşdırır.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir