Qürurla deyə bilərik ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsinə çalışırıq.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin - “AITF 2023” açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Tuğ kəndində, Hadrut qəsəbəsində, Ağdamda Şahbulaq qalası ətrafında ilkin turizm infrastrukturunun yaradılması istiqamətində layihələndirmə işləri aparılır:
"Suqovuşan su anbarı ətrafında turizm kompleksinin qurulması işi davam etdirilir. İnanırıq ki, turizm insanlarımızın yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacaq".
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub