2023-cü ildə Azərbaycanın xidmət sektorunda artım 7%, 2024-cü ildə isə 7,5% səviyyəsində proqnozlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) dərc etdiyi “Asian Development Outlook 2023” icmalında bildirilib.
Qeyd edilib ki, xidmətlər üzrə artım əsasən pərakəndə ticarət və nəqliyyat sektorunun inkişafı ilə bağlı olacaq, eləcə də Qazaxıstan neftinin ərazidən daşınması hesabına təmin ediləcək.
"Qazaxıstanın "KazmunayQaz" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstandan neftin nəqli ilə bağlı razılığa gəlməyə yaxındır. Bu da razılaşma əldə olunarsa, nəqliyyat xidmətlərini artıracaq",- deyə AİB-in açıqlamasında bildirilib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir