04 aprel 2023 12:38
285

Azərbaycanda ləğv prosesində olan 2 bankın 600 min manatlıq əmlakları hərraca çıxarılır

Aprelin 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnikabank” və “Gəncə Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Bildirilir ki, söhbət “Texnikabank”a məxsus Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 32A yerləşən 278,9 kv.metrlik qeyri-yaşayış binasından və “Gəncə Bank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, b. 247 ünvanında yerləşən 75,2 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. “Texnikabank”ın əmlakı 420 min manata, "Gəncə Bank"ın əmlakı isə 185 min manata qiymətləndirilib.