Ölkəmizdə səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar aprelin 3-də Sumqayıt Kimya Sənaye Parkında olub.
“İki sahil” xəbər verir ki, qonağa ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.
Daha sonra Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin fəaliyyəti ilə tanış olub.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub