04 aprel 2023 14:43
409

“Yüksəliş”in qalibi ilə Mərkəzi Bankın layihələrində iştirak perspektivləri müzakirə edilib- FOTO

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüş keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Görüş zamanı Mərkəzi Bank tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun iqtisadiyyatda rolunun artırılması istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin müsabiqə qalibi üçün hazırlanmış fərdi inkişaf proqramı əsasında Mərkəzi Bankın həyata keçirəcəyi fəaliyyətlərdə və layihələrdə iştirak perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Taleh Kazımov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində F.İsayevin mentorudur.